"Səbail"də növbəti ayrılıq

"Səbail"də növbəti ayrılıq

Premyer Liqa klubu “Səbail” Elşən Abdullayevlə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. 

Tərəflər müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.

Beləliklə, futbolçuya azad agent statusu verilib. “Səbail” Abdullayevə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

"Səbail"də növbəti ayrılıq

Qeyd edək ki, paytaxt klubu ilə yayda anlaşan Elşən Abdullayev "Səbail"də cəmi 3 oyunda forma geyib. Klub bundan əvvəl icarədə çıxış edən Elton Əlibəylini yola salmışdı. Bundan başqa, Turan Manafovun karyerasını Yunanıstanda davam etdirməsi haqda xəbər yayılıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər