Fransanın "Olimpik Lion" klubu heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, Fransa təmsilçisi Ukrayna "Şaxtyor"unun braziliyalı oyunçusu Tete ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məumat yayıb.
Braziliyalı yarımmüdafiəçi "Olimpik Lion"da mövsümün sonuna qədər çıxış edəcək.
Ukraynada davam edən müharibəyə görə yerli çempionat dayamdırıldığı üçün legionerlər mövsümün sonuna qədər başqa kluba üz tutur.