Marino Puşiç Donetsk “Şaxtyor”un yeni baş məşqçisi təyin olunacaq.
Fanat.Az xəbər verir ki, tərəflər arasında müqavilə imzalanıb.
52 yaşlı mütəxəssis son olaraq “Feyenoord”da baş məşqçi Arne Slotun köməkçisi kimi çalışıb. Onun baş məşqçi kimi yeganə təcrübəsi “Tvente”də 2017-2019-cu illərdə olub.
“Şaxtyor” baş məşqçi əvəzi Dario Srnanın rəhbərliyi altında Ukrayna çempionatının 11-ci turunda LNZ-ni məğlub edib (3:0). Donetsk klubu baş məşqçisi Patrik van Liveni istefaya göndərib.