“Şaxtyor” "qaçqın komanda" olacaq

“Şaxtyor” "qaçqın komanda" olacaq

Ukraynada yeni futbol mövsümünün startına az qalıb. Ancaq ölkədə baş verən proseslər futbol təsərrüfatında da əlavə problemlər yaradıb. Fanat.az xəbər verir ki, Donetsk “Şaxtyor”nun harada məşq edəcəyi və oynayacağı ilə bağlı məsələyə aydınlıq gəlib.

 

“Şaxtyor” Kiyevdə məşq edəcək, Lvovda isə oynayacaq. Bu barədə klubun rəsmi saytına baş məşqçi Mirça Luçesku danışıb: “Hələlik ev oyunlarını Lvov stadionunda keçirəcəyik. Bu şəhərdə oynamaq üçün bizə icazə veriblər. Kiyevdə isə məşq edəcək, yaşayacağıq. Artıq Lvovla tanış olmuşuq. Şəhər hamının xoşuna gəlib. Qərara almışıq ki, Çempionlar Liqasının oyunlarını da burda keçirək”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər