Donetsk "Şaxtyor"u UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün qrup mərhələsinin ev oyunlarını harada keçirəcəklərini açıqlayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ukrayna təmsilçisi rəqiblərini Varşavada, "Legiya"ya məxsus Polşa Ordusu Stadionunda qəbul edəcək.
Donetsklilər bunun üçün Varşava klubu ilə icarə müqaviləsi imzalayıb.
Oyunun vaxtı avqustun 25-də keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimindən sonra açıqlanacaq.
Hazırda Rusiyanın bu ölkəylə apardığı müharibə səbəbindən Ukrayna stadionları beynəlxalq oyunlara ev sahibliyi edə bilmir. Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli qışa qədər "Legiya"da çıxış edib və bu stadionda oynayıb.
Mirağa