"Şaxtyor" hücumçusunu Argentina klubuna göndərir

"Şaxtyor" hücumçusunu Argentina klubuna göndərir

Bu ilin əvvəlindən Meksika "Tixuana"sında çıxış edən "Şaxtyor"un sabiq hücumçusu Fakundo Ferreyra tezliklə vətəni Argentinaya qayıdacaq.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, hücumçu onu 6 aylıq icarəyə götürmək üçün meksikalılarla razılaşan "İndependiente" ilə münasibətləri yaxın günlərdə rəsmiləşdirəcək. 

Argentinalılar bu müqaviləyə görə 200 min dollar ödəyəcəklər. "İndependiente"nin noyabr ayına qədər Ferreyranı birdəfəlik transfer etmək üçün 2,5 milyon dollar ödəmək hüququ olacaq.

Hücumçu "Tixuana"da 14 matçda cəmi 1 qol vura bilib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər