"Şaxtyor" dağılmış "Desna" stadionunun görüntülərini paylaşdı

"Şaxtyor" dağılmış "Desna" stadionunun görüntülərini paylaşdı

Rusiyanın bombardmanları Ukraynada idman obyektlərini də tanınmaz hala salır. 

Fanat.Az xəbər verir ki, “Desna”nın oyunlarını keçirdiyi Çerniqovdakı stadiona ciddi ziyan dəyib. Obyekt tamamilə bərbad vəziyyətə düşüb. 

İdman qurğusunun hazırki vəziyyətini göstərən fotolar "Şaxtyor Donetsk" klubu tərəfindən "Twitter"də yerləşdirilib.

Çerniqov Rusiya ordusunun sıx atəşi altında olan Ukrayna şəhərlərindən biridir. Yerli “Desna" Ukrayna Premyer Liqasında çıxış edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər