"Şaxtyor" baş məşqçisiz qaldı

"Şaxtyor" baş məşqçisiz qaldı

Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi İqor Yoviçeviç donetsklilərlə yollarını ayırıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Germanijak" yayıb.

Mənbənin məlumatına görə, o, şəxsi səbəblərə görə postunu və Ukraynanı tərk edib. O, bu yaxınlarda həmin mənbəyə verdiyi müsahibədə müharibə səbəbindən ailəsindən ayrı düşdüyünü, bu şəraitdə işləməyin çətin olduğunu açıqlayıb ki, bu da yəqin ki, ayrılmaq qərarında həlledici rol oynayıb.  

Yoviçeviç ötən yay “Şaxtyor”a keçib, komandanı Çempionlar Liqasında və Avropa Liqasında çox uğurla çalışdırıb və nəhayət, çempionluq tituluna yiyələnib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər