“Şaxtyor” baş məşqçisini istefaya göndərdi

“Şaxtyor” baş məşqçisini istefaya göndərdi
Ukraynanın "Şaxtyor” klubu baş məşqçisi ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, Luiş Kaştru Donetsk təmsilçisindən yola salınıb.
59 yaşlı mütəxəssis komandada çalışdığı müddətdə ölkə çempionluğu qazanıb və Avropa Liqasının yarımfinalına qədər irəliləyib. Onun rəhbərliyi altında 84 matçda 51 qələbə qazanan "Şaxtyor” 16 heç-heçə edib və 17 dəfə uduzub. Cari mövsümdə isə komanda Premyer Liqada 2-ci yeri tutub.
Qeyd edək ki, portuqaliyalı mütəxəssisi hazırda "Sassuolo”nu çalışdıran italiyalı Roberto de Dzerbinin əvəzləyəcəyi gözlənilir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər