Şaxovun xanımı Ukraynada uşaq dünyaya gətirdı - FOTOLAR

Şaxovun xanımı Ukraynada uşaq dünyaya gətirdı - FOTOLAR

Yunanıstan AEK-inin ukraynalı yarımmüdafiəçi Yevgeni Şaxov bugünlərdə qarışıq hisslər keçirir. 

Fanat.Az xəbər verir ki, həyat yoldaşı Kiyevdə qalan futbolçunun xanımı uşaq dünyaya gətirib.

Futbolçu xoş xəbəri dünən alıb. Bir neçə gündü sığınacaqda olan xanımını xəstəxanaya çatdırıblar. 

Bu barədə Şaxov sosial şəbəkədə paylaşım edib. “Tanrıya şükürlər olsun, bütün izzətlər sənə olsun”, - o, həyat yoldaşının körpəsi ilə birgə fotosunu yayımlayaraq yazıb. Futbolçu növbəti paylaşımında müharibəyə qarşı sərt mesajlar verib: “Günümüzün əsl qəhrəmanları. Qəhrəmanlar öldürənlər deyil, həyat verənlərdir. Mən səni sevirəm".

Şaxovun xanımı Ukraynada uşaq dünyaya gətirdı - FOTOLAR Şaxovun xanımı Ukraynada uşaq dünyaya gətirdı - FOTOLAR

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər