Savo Miloşeviç: “Bütün serblər kimi mən də Rusiyanı sevirəm”

Savo Miloşeviç: “Bütün serblər kimi mən də Rusiyanı sevirəm”

Serbiya millisinin sabiq futbolçusu Savo Miloşeviç rusiyalı idmançıların siyasi motivlərlə beynəlxalq yarışlardan uzaqlaşdırılmasından danışıb.

Fanat.Az xəbər verir ki, "Sport24.ru" saytı 48 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:

"Rusiya idmanının və futbolunun təcrid olunması fəlakətdir! Bu, ədalətli deyil! Mən də bütün serblər kimi rusiyanı sevirəm və o ölkədən olan idmançılara qarşı böyük haqsızlıq hiss edirəm. Biz belə qərarları anlamırıq və qəbul etmirik. Siyasətlə, hərbi əməliyyatlarla heç bir əlaqəsi olmayan insanlara niyə cəza verilir? Onlar bütün həyatlarını məşqə həsr edir və nəticə əldə etmək üçün yorulmadan çalışırlar. Bu, kədərlidir. Rusiya idmanına yazığım gəlir. Xüsusilə, rusiyalı futbolçulara... Mən hər bir rusiyalı idmançıya rəğbət bəsləyirəm. Bu, onların günahı deyil"

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər