Sarri hamını suçladı: "Kloun kimi oynamışıq"

Sarri hamını suçladı: "Kloun kimi oynamışıq"

"Napoli”nin baş məşqçisi Maurisio Sarri Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunu haqda danışıb.

 

Fanat.Az xəbər verir ki, ilk görüşdə öz meydanında "Leyptsiq”ə 1:3 hesabıyla uduzan İtaliya təmsilçisinin çalışdırıcısı belə deyib: "Oyunun favoriti "Leytspiq”di. Cütün taleyini həll etməyə çox yaxındılar. Səbəb sadədi: evdəki oyunda kloun kimi oynamışıq. 70 faiz mən günahkaram, 10 faiz klub rəsmiləri, 10 faiz oyunçular, 10 faiz də köməkçilərim. Bir sözlə, ehtiyatda qalanlardan başqa hamının suçu var. İndi zəhmət çəkib vəziyyətdən çıxmalıyıq. Bunu necə bacaracağımızı isə zaman göstərəcək”.

Qeyd edək ki, tərəflərin cavab oyunu bu gün "Red Bull Arena Leyptsiq”də Bakı vaxtıyla 22:00-da keçiriləcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər