Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 16-17 senytabrda cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə 31 ölkədən 264 idmançı iştirak edəcək.
Azərbaycan yarışda 7 çəki dərəsində 21 cüdoçu ilə təmsil olunacaq.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli yarışda idman komissarı kimi fəaliyyət göstərəcək.
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizov rəhbərlik edəcək.
-60 kq. Nurlan Kərimli Murad Muradlı Murad Əliyev Eltun İmranov Şahin Oruczadə
-66 kq. İslam Rəhimov Samir Piriyev Elşən Əsədov Rüfət Aydınov
-73 kq. Nəriman Mirzəyev Nahid İsmayılov Elnur Qasilov Qədir Hüseynov İsa Əliyev
-81 kq. Zaməddin Poladov Nahid Tarquliyev Məmmədrza Hacızadə Əli Hacızadə
-90 kq. Əjdər Bağırov
-100 kq. Ruslan Nəsirli
+100 kq. Toğrul Salmanov