"Xəzər Lənkəran" Alfred Sankonun transferini həll edib. Fanat.az xəbər verir ki, syerra-leoneli futbolçu bu gün komandaya qoşulacaq.
Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Klub rəsmisi bildirib ki, Sanko İstanbulda komandaya qoşulacaq və Sloveniyaya yollanacaq. Onunla tibbi müayinədən keçdikdən sonra müqavilə imzalanacaq. Anlaşmanın müddəti böyük ehtimalla 1,5 il olacaq.
Qeyd edək ki, iki mövsümdü "Şanlıurfaspor"da çıxış edən Sanko 60 oyunda 3 qol vurub. O, əvvəllər Norveçin "Ullern" və "Stromsqodset" klublarında çıxış edib. 25 yaşlı yarımmüdafiəçi Syerra Leone yığmasında 3 oyun keçirib.
Fanat.az