Sankarenin ağlasığmaz şikayəti: “Türkiyədə məni təhdid edirlər”

Sankarenin ağlasığmaz şikayəti: “Türkiyədə məni təhdid edirlər”

Türkiyənin "Girəsunspor" klubunda çıxış edən seneqallı yarımmüdafiəçi Younus Sankare futbol ictimaiyyətinə yardım çağırışı edib.

Fanat.Az xəbər verir ki, Fransanın geniş tirajlı "L'equipe" qəzetinə danışan futbolçu Türkiyədə yaşadıqlarını anladıb.

Sankare qəzetə zəng vuraraq avtomobilində gecələdiyini, "Girəsunspor"un prezidentinin onu hədələdiyini iddia edib: "Hazırda mən sizə avtomobilimdən zəng vururam. Telefonumun batareyası bitbək üzərədir, çünki onu elektrikə qoşa bilmirəm. Qaldığım ev boşaltdım, çünki elektrik və internet kəsilib. Mənim təhlükəsizliyim təhdid altındadır. Bir matçdan sonra hər şey dəyişdi, bir daha oynamadım və bir müddət sonra mənə gülünc cərimələr tətbiq etməyə başladılar. Mən susdum. Nəhayət, məndən maaşımı azaltmağı tələb etdilər. Qəbul etmədim və prezident məni hədələyərək dedi: “Bil ki, mən öz yaxınlarımı çətinliklə saxlaya bilərəm. Onlar sənə xəsarət yetirə bilərlər. Sənə bir şey olarsa, bu mənim problemim deyil...".

Qeyd edək ki, Sankare "Panatinaykos"un keçmiş futbolçusudur və ötən il Türkiyə klubuna keçib. 32 yaşlı yarımmüdafiəçi Super Liqada cəmi 8 oyuna çıxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər