Sane "Bayern"də qalmaq üçün bu təklifə razılıq verdi

Sane "Bayern"də qalmaq üçün bu təklifə razılıq verdi

"Bayern Münhen" rəhbərliyi komandanın vingeri Leroy Sane ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Almaniya nəhənginin idarəçiləri klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq 29 yaşlı futbolçunu heyətdə saxlamaq niyyətindədirlər.

Yazılanlara inansaq, adı "Arsenal"la yanaşı çəkilən Leroy 3 illik yeni anlaşmaya imza atacaq. Məlumata görə, Almaniya millisinin üzvü artıq maaşının bir qədər azaldılmasına da razılıq verib. 

Qeyd edək ki, Sane cari mövsüm "Bayern" forması ilə bütün turnirlərdə 36 matça çıxaraq 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər