Samir Nasrinin maaşı Türkiyəni qarışdırdı

Samir Nasrinin maaşı Türkiyəni qarışdırdı
"Antalyaspor"da çıxış edən Samir Nasrinin maaşı Türkiyədə qalmaqala səbəb olub. Fanat.Az xəbər verir ki, fransız ulduzun illik 7 milyon avro qazanacağı bildirilir.Hulbuki, "Antalyaspor" Nasrini transfer edərkən maaşının 4 milyon avro olacağını açıqlamışdı. Fransalı futbolçu maaşdan əlavə bonuslar alacaq ki, bu da onun qazancığını 7 milyon avroya qaldıracaq.Üstəlik Samirin məşqlərdə heç kimi saymaması komandada vəziyyəti daha da gərginləşdirir. İstefaya göndərilən baş məşqçi Rza Çalımbayla da onun arasında problemlər yaranmışdı. Çalışdırıcının məşqdə verdiyi taktiki tapşırıqlara "Burda istədiyim kimi davranaram. İstədiyim hərəkaəti istədiyim şəkildə edərəm" deyərək onun istefasına səbəb olmuşdu.Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər