Sloveniya çempionatında mövsümün sonuncu turunun oyunları keçirilib.
Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Domjale" növbəti matçında səfərdə "Krska" ilə qarşılaşıb.
Ötən oyunda qırmızı vərəqə alan Məsimov qolsuz başa çatan bu görüşdə iştirak etməyib.
Qeyd edək ki, "Domjale" mövsümü 55 xalla üçüncü pillədə başa vurub.
Fanat.az