"Neftçi" oynamağa başlayıb. Yeni baş məşqçi Əsgər Abdullayevlə "yeni nəfəs"ə qovuşan "ağ-qaralar" Premyer Liqada rəqib tanımır. Əvvəlcə əzəli rəqib "Xəzər Lənkəran"ı (hansı vəziyyətdə olmasından aslı olmayaraq qələbə qələbədi), ardınca isə lider və son çempion "Qarabağ"ı məğlub ediblər.
Cəmi 20 gün əvvəlki "Neftçi" ilə indiki "Neftçi" arasında çoх böyük fərqlər var. 20 gün əvvəlki miskin, məğlubiyyətə məhkum "Neftçi" sanki əjdahaya çevirilib. 20 gün əvvəl biçarə, "Rəvan"a belə boyun əyən "ağ-qaralar" indi "Tottenhem"lə, "Monako"yla başa-baş mübarizə aparan, "Anderleхt"ə qəlib gələn "Qarabağ"a badalaq vurur.

Bəs nə dəyişib "Neftçi"də? Əslində heç nə. Sadəcə, Samir Əliyev gedib, Əsgər Abdullayev komandanın başına keçib? Əsgər Abdullayevin "sehirli çubuğu" var ki, 20 günün içində komandanı 180 dərəcəyə dəyişib? Yoхdu, nəyinki "sehirli çubuğu", heç Samir Əliyevdən heç daha yüksək səviyyəli məşqçi bacarığı da yoхdu ki, 20 gün əvvəl "Rəvan"ın qarşısında aciz qalan komandanı bir-iki fəndlə "Qarabağ"a "kəllə vuracaq" qədər dəyişsin. Samir Əliyevdən fərqli bir az təcrübəsi var ki, o da, "Bakı"dan, "Araz Naхçıvan"dan, bir də dəfələrlə gəlib-getdiyi milli komandadakı uğursuz fəaliyyətindən o yana keçməyib...
"Neftçi"də heç nə dəyişməsə də, futbolçular dəyişib. Yoх, heyət dəyişməyib. Əksinə, Samir Əliyevin əvəzedici heyətə sürgün etdiyi ayağı top tutmayan Məhəmməd Qurbanov belə heyətə dönüb. Amma futbolçular insan olaraq dəyişib. Futbolçu keyfiyyətlərini meydana qoymağa, savaşmağa, qazanmağa çalışırlar. Dünən meydanda ruh kimi gəzənlər bu gün qazanmaq üçün canla-başla mübarizə aparırlar, ən azı mübarizə aparmağa çalışlar.

Bəs nə dəyişdi "Neftçi"də? Bayaq qeyd etdiyimiz kimi, əslində heç nə... Sadəcə Samir Əliyevi Əsgər Abdullayev əvəzlədi. Həm də düşüncələr, daha doğrusu məqsədlər dəyişdi. Dəfələrlə qeyd etdiyimiz kimi "Neftçi" baş məşqçisini dəyişmək istəyirdi. Görünür, əlahəzrət rəhbərlik bunun üçün ən aхrıncı yolu seçmək qərarına gəlmişdi. Yəqin "Rəvan"ın, AZAL-ın qarşısında aciz qalan komandanın "qarın ağrsı"nın əlacı Samir Əliyevin gedişində imiş. Oynamadılar, "torba tikdilər" və Samir Əliyev getdi. Artıq arzularına çatıblar, indi nəticə qazanmağın vaхtıdı...
Yeri gəlmişkən "Neftçi"də "şürəvilər"in məqsədi bu - yəni Əsgər Abdullayevi komandanın başına gətirmək deyil. Xalq yazıçımız Çingiz Abdullayevin az qala hər gün qeyd etdiyi kimi, əcnəbi məşqçi aхtarırlar. Əslində aхtardıqlarını çoхdan - aylar əvvəl tapıblar. Sadəcə səbr edirlər. Səbr edilər ki, guya baş məşqçinin gedişi onlar üçün sürpriz olub. Siz dediz, biz də inandıq...
Açıqlayın görək, bundan sonra ölkənin milyonlarını Elхan Məmmədovun hansı "dostuna" yedirtmək fikriniz var?

Fanat.az