Samir Əliyev Türkiyəyə məğlubiyyət barədə nə dedi?

Samir Əliyev Türkiyəyə məğlubiyyət barədə nə dedi?

5-ci İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində bu gün keçirmiş Türkiyə U-23 - Azərbaycan U-23 oyunundan sonra milli komandamızın baş məşqçisi Samir Əliyev AFFA-nın rəsmi saytına açıqlama verib. 

Fanat.Az xəbər verir ki, o, 0:1 hesablı yenilgini belə dəyərləndirib:

“Güclü rəqibə qarşı mübarizə apardıq. Türkiyə millisi turnirin əsas favoritlərindən biridir. Oyun da göstərdi ki, səviyyə cəhətdən bizdən daha üstün və hazırlıqlı komandadır. Buna baxmayaraq, futbolçularım sonadək mübarizə apardılar, əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Təəssüf ki, minimal hesabla məğlub olduq”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər