Avstriya hazırlığı çərçivəsində keçirilmiş "Neftçi" - "Kukesi" (0:2) matçından sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib:
Samir Əliyev ("Neftçi"nin baş məşqçisi): "Fikrimcə maraqlı oyun oldu. Təxminən 20 futbolçunu yoxlaya bildik. Zəif və güclü tərəflərimizi gördük. Birinci hissədə çox yaxşı oynadıq amma qol imkanlarımızdan istifadə edə bilmədik. İkinci hissədə gənc futbolçulara şans verdik, təcrübəsizlik öz sözünü dedi və səhvlərimiz nəticəsində qollar buraxdıq. Çalışacağıq ki, Avropa Liqasının oyunlarına qədər komandanı tam hazır vəziyyətə gətirək."
Marselo Troisi ("Kukesi"nin baş məşqçisi): "Hər iki komandanın ifasında sürətli oyun izlədik. Gənc futbolçuların çoxluğuna baxmayaraq "Neftçi" güclü və keyfiyyətli komandadır. Düşünürəm ki, hər iki tərəf üçün əla hazırlıq oyunu oldu. Əlimizə düşən qol epizodlarından yararlanmağı bacardıq, ən əsası isə heyətdəki futbolçuları yoxlaya bildik."
Fanat.az