Samir Əliyev "Rəvan"la oyunla (3:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi matçdan sonra bunları deyib:
“Əsas məqsədimiz qalib gəlmək idi. Xal itkisi bizi sonuncu pillələrə yuvarlandıracaqdı. Qarşıda “Xəzər Lənkəran” və “Qarabağ”la oyunlarımız var. Uğursuz nəticənin fonunda gərginlik ola bilərdi. İlk hissədə qol vurmaq məqsədimizə çatdıq. Aylton qırmızı vərəqə aldıqdan sonra “Rəvan” ikinci hissədə bizə problem yaratdı. Emin Quliyevə uğurlar arzu edirəm. Düşünürəm ki, “Rəvan” çox komandanın başını ağrıdacaq. Bundan sonra “Xəzər Lənkəran”la oyunu düşünəcəyik. Həmin oyun derbidi, amma bizim üçün komandanın fərqi yoxdu. “Xəzər Lənkəran”ın gənc oyunçuları da yaxşı təsir bağışlayır. Vüqar Nadirovun “Neftçi”yə keçmək ehtimalına gəlincə, həmin futbolçu gündəmimizdə deyil. Onun cinahında çox futbolçumuz var. İstəyirik ki, həmin oyunçuları Azərbaycan futboluna qazandıraq”.
Fanat.az