Samir Əliyev: "Ramos ədalətli oyun qaydalarına riayət etməli idi"

Samir Əliyev: "Ramos ədalətli oyun qaydalarına riayət etməli idi"

Samir Əliyev "Xəzər Lənkəran"la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi bunları deyib:

"Görüşdən öncə böyük oyunun əhəmiyyətini itirdiyini deyirdilər. Məncə, böyük oyuna layiq bir mübarizə getdi. Mübarizə, qırmızı vərəqə, vurulmayan penalti... Futbolda səhvlər olur. Biz də səhvlər etdik. Məncə, Erik Ramos ədalətli oyun qaydalarına riayət etməli, topu rəqibə qaytarmalı idi. Amma bunu etmədi. Onunla bu barədə söhbət edib, eyni halın təkrarlanmamasını tapşıracağam. Ola bilsin ki, qələbə istəyindən irəli gələn bir şeydi. Amma istənilən halda, olmamalıdı".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər