Samir Əliyev "Sumqayıt"la oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi bunları deyib:
"Qol imkanlarımız çox oldu. Amma təcrübəsizlik yenə ön plana çıxdı, şansların az qismindən yararlana bildik. Ötən oyunlarla müqayisədə bu gün daha çox aqressiv idik. Problemlərimiz var və bunun üzərində işləməliyik. Fiziki hazırlığımızı daha yaxşı səviyyəyə gətirməliyik. Artıq bizim üçün fasilə başladı. Oyunçuları 3 günlük istirahətə buraxacağıq. Məşqlər başlayanda əvəzedici heyətdən 5 nəfər götürəcəyik. Fasilə zamanı ölkə daxilində yoxlama görüşləri keçirməyi düşünürük".
Fanat.az