Samir Əliyev: "Məğlubiyyət faciə olmayacaq"

Samir Əliyev: "Məğlubiyyət faciə olmayacaq"
"Mladost" yaxşı komandadı. İlk oyunda olduğu kimi, bu dəfə də nəticə üçün oynayacaqlar. Əsas tapşırıqları qol buraxmamaq olacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev deyib.
"Neftçi" bu gün Avropa Liqasında Çernoqoriyanın "Mladost" klubu ilə qarşılaşacaq. Oyundan əvvəl mətbuat konfransı keçirən Samir Əliyev fikirlərini bildirib: "Ötən illə müqayisədə bizim heyətimiz çox dəyişib. Bununla belə gənc futbolçularımıza güvənirəm. Biz meydana qələbə əzmi ilə çıxacağıq. Məğlubiyyət isə faciə olmayacaq. "Mladost" evdə oynayır. Üstünlük onların tərəfində sayıla bilər. Amma mən şansları bərabər qiymətləndirirəm. Havanın isti olması oyuna təsir etsə də, hər iki komanda üçün təbii şərtlər eyni olacaq".
Qeyd edək ki, komandalar arasındakı ilk oyun 2:2 hesabı ilə başa çatıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər