Samir Əliyev: "Komandamız hər iki görüşdə üstün oynadı"

Samir Əliyev: "Komandamız hər iki görüşdə üstün oynadı"
“Neftçi”nin baş məşqçisi Samir Əliyev “Mladost”la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi bunları deyib: 
“Rəqib xüsusi oyun göstərmədi, nəticəyə oynadılar, qapandılar. Bizə gəlincə, meydanda gənclərimizi gördünüz. Təcrübəsizlikləri öz sözünü dedi, qol imkanlarından yararlana bilmədilər. İki həftə hazırlıq keçmişik, bununla belə, gənclərimizə güvənmək olar, gələcəkdə böyük işlər görə bilərik. Futbolçulardan razıyıq, onlara təşəkkürümü bildirirəm. Komandamız hər iki görüşdə üstün oynadı”.
Qeyd edək ki, Bakıdakı oyunda 2:2 hesablı heç-heçəyə razılaşan bu klublar Podqoritsada 1:1 oynayıblar. Nəticədə, növbəti mərhələyə Çernoqoriya klubu çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər