Samir Əliyev: "Ən azı məğlub olmamalıyıq"

Samir Əliyev: "Ən azı məğlub olmamalıyıq"

"Neftçi"nin baş məşqçisi Samir Əliyev Avropa Liqasının püşkünün nəticəsini dəyərləndirib. Fanat.az xəbər verir ki, baş məşqçi fikirlərini klubun rəsmi saytına açıqlayıb:

"Bildiyiniz kimi komandamız təzə yığılıb. Əsas məqsədimiz odu ki, bu qısa vaxt ərzində yaxşı hazırlaşaq və layiqli çıxış edək. İndiki vəziyyətdə dayaq yarımmüdafiəçi mövqeyində problemimiz var. Erik Ramosla yanaşı Kaue də ilk oyunda meydana çıxmayacaq. İkinci matçda isə o, bizə kömək edə biləcək. Ona görə çalışacağıq ki, birinci oyunda sərfəli nəticə əldə edək. İlk matçın hansı meydanda olmasının fərqi yoxdu. Biz öz oyunumuzun üzərində işləyirik. Oyunumuzu rəqibə görə qurmayacağıq. Səfər qarşılaşmasında sərfəli nəticə qazanmaq istəyirik. Ən azı məğlub olmamalıyıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər