17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.
Fanat.az xəbər verir ki, Orgey şəhərində Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 2:0 hesabı ilə qalib gəlib. Hesabı 61-ci dəqiqədə Samir Əliyev açıb. Matçın yekun nəticəsini isə 78-ci dəqiqədə Oruc Bayramov müəyyənləşdirib.
Millimiz Moldovaya qarşı bu heyətlə oynayıb: Kamran İbrahimov, Hüseyin Seyliğli, Elçin Əsədov, Yusif Həsənov, İbrahim Qədirzadə (Kamran Əliyev, 54), Cavidan Qasımlı (Samir Əliyev, 41), Cem Murat Akpınar, Doğukan Oksüz (Süleyman Əhmədov, 75), Pilaga Mehdiyev, Bahadur Həziyev (Oruc Bayramov, 75), Aslan Bədəlzadə (Ricat Qarayev, 54).
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk qarşılaşma 5:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Fanat.az