Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması üçüncü yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, millimizin rəqibi "Şturm"un (Avstriya) U-17 komandası olub.
Yığmamız 6:0 hesabı ilə qələbə qazanıb. Nadir Qasımovun het-trik etdiyi oyunda hərəyə bir dəfə Pilağa Mehdiyev, Fərid Nəbiyev və Samir Əliyev fərqlənib.
Qeyd edək ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Avstriyanın "Simmerinq" klubunun U-16 komandasını 7:0, "Kapfenberq" (Avstriya) klubunun U-17 komandasını isə 2:1 hesabı ilə məğlub etmişdi.
Fanat.az