Samir Əliyev Luis van Qala "ilişdi"

Samir Əliyev Luis van Qala "ilişdi"
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Avropa Liqasının sabah baş tutacaq I təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"una qarşı ilk oyun öncəsi fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, "ağ-qaralar"ın yeni çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları qeyd edib:
"Komandadan 10 futbolçu gedib - beşi legioner, beşi isə yerli futbolçu. Strategiyanı dəyişib gənclərə üstünlük veririk. Ayın 18-də məşqlərə başlayıb 3 yoxlama görüşü keçirdik. Hamını yoxlayıb güclü və zəif cəhətlərini gördük. Komandamızda bütün futbolçular gəncdi. İndi əsas üstünlük gənclərə verilməkdədi. Sabah meydana bəlkə də tanımadığınız futbolçular çıxa bilər.
Biz yaxşı hazırlıq dövrü keçirdik. Bütün sınaq matçlarında uduzsaq da, oyundan oyuna daha da artırdığımızı deyərdim.
Heyətimiz gənclərdən qurulsa da, psixoloji baxımdan heç bir problem yoxdur. Öz güclü və zəif cəhətlərimizi bilirik. Bundan yararlanmağa çalışacağıq. Həyəcanlanmasaq, bu, oyunçulara əlavə ruh yüksəkliyi qazandıracaq.
Bizim öz oyun sistemimiz var. Komandada qalsam, bütün mövsüm ərzində eyni oyun üslubunu saxlamağa çalışacağıq. Uşaqlar gəncdirlər, amma artıracaqlarına inanırıq.
Matç üçün start heyətini müəyyənləşdirmişəm. Onsuz da seçim imkanımız böyük deyil. Meydana ən yaxşıları buraxacağıq. Meydanda döyüşkən komanda görəcəksiniz. Bilirəm ki, jurnalistlərin çoxu bizə inanmır. Amma siz tezliklə oyunumuzdakı inkişafı görəcəksiniz.
Fikrimcə heç bir problem olmayacaq. Oyunu təhlil etmişik rəqibin zəif cəhətlərindən istifadə etməyə çalışacağıq. Mövsüm ərzində sistem dəyişməyəcək. Futbolçularda irəliləyiş var. Start heyətini müəyyən etmişəm. Səbrli olun, sabah mübariz komanda görəcəksiniz. Bu cavan futbolçuların gənc məşqçiylə nəyə qadir olduğunu görəcəksiniz. "Mançester Yunayted" kimi komandada Luis van Qal 1 ildi ki, heç nə edə bilmir. Biz də bu tezliklə heç nə edə bilmərik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər