Samir Əliyev istefa vermədiyinə görə peşman olub

Samir Əliyev istefa vermədiyinə görə peşman olub

Samir Əliyev "Rəvan"la oyunla (2:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi bunları deyib:

"Adətən, belə məğlubiyyətlərdən sonra nəsə danışmaq çətindi. Fikrimcə, rəqibi yaxşı dəyərləndirə bilmədik, motivasiya aşağı səviyyədə idi. Günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm. Müqayisə aparsaq, heyətimiz “Rəvan”dan heç də zəif deyil. “Rəvan” udulası rəqib idi, sadəcə, rəqibi dəyərləndirmədik. Ardıcıl məğlubiyyətlərdən sonra oturub dərindən fikirləşəndə istefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var. Belə oyunla, belə nəticələrlə avrokuboklar bizim üçün xəyal olaraq, qalacaq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər