Samir Əliyev AZAL-la oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi oyundan sonra bunları deyib:
"Ardıcıl 5-ci oyundu ki, qələbə qazana bilmirik. AZAL ilə oyuna çox bərbad başladıq. İkinci hissədə vəziyyəti öz xeyrimizə dəyişməyə çalışdıq, qol da vurduq. Amma oyunun son dəqiqələrində səhvə yol verdik, qapımıza penalti təyin olundu. Rəqib bundan maksimum yararlandı və biz məğlub olduq. Bəlkə də həyatım boyu bu qədər məyus olmamışdım. Çıxış yolu qışa qədər gözləməkdi. Əgər mən burada qalsam, layiq olmayan futbolçular göndəriləcək. Gənc, təcrübəli futbolçu başa düşməlidi ki, hansı klubda oynayır. Bu formanı geyinirsənsə, mahiyyətini dərk etməlisən”.
Fanat.az