Fevralın 14-dən etibarən Bakıda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçirilir. Fanat.az xəbər verir ki, hazırlığa cəlb olunan futbolçuların siyahısında dəyişiklik baş verib.
Belə ki, "İnter"in üzvü Nadir Qasımov zədəli olduğuna görə heyətdən kənarlaşdırılıb. "Bakı"dan Samir Əliyev isə səhhəti ilə əlaqədar toplanışda iştirak etməyəcək.
Fanat.az