Samir Abasov media önünə Mbocla çıxacaq

Samir Abasov media önünə Mbocla çıxacaq
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 21-də keçiriləcək "Olimpiakos” – "Neftçi” oyunu öncəsi "ağ-qaralar”ın baş məşqçisi Samir Abasov və seneqallı futbolçu Mamadu Mbocun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. 
Fanat.Az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, tədbir iyulun 20-də Bakı vaxtı ilə saat 22:30-dan etibarən Georgios Karaiskakis stadionunun mətbuat zalında keçiriləcək.
 
Konfransdan sonra, saat 23:00-da isə "Neftçi”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
 
Eyni məkanda həmin gün saat 17:30-da rəqib komandanın mətbuat konfransı olacaq.
 
Qeyd edək ki, bu tədbirlərin "Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
 
Georgios Karaiskakis stadionunda keçiriləcək "Olimpiakos” – "Neftçi” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər