Sami Kedira rəsmən İtaliya klubunda

Sami Kedira rəsmən İtaliya klubunda
İtaliya çempionu və Çempionlar Liqasının finalçısı "Yuventus" ikinci transferini rəsmiləşdirib. Fanat.az хəbər verir ki, Turin klubu "Real"dan Sami Kediranı heyətinə qatıb.
Klubun rəsmi saytının məlumatına görə, almaniyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Müqavilənin şərtləri açıqlanmayıb. "Yuventus" bundan əvvəl "Palermo"dan argentinalı forvard Paulo Dibalanı heyətinə qatmışdı.
Qeyd edək ki, Sami Kedira 2010-cu ildə "Ştutqart"dan "Real"a transfer olunub. 28 yaşlı yarımmüdafiəçi Almaniya millisində 54 oyun keçirib və 5 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər