“Şalke” klubu baş məşqçisi Tomas Raysla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Komandanın uğursuz çıxışlarına görə almaniyalı məşqçi vəzifəsindən göndərilib.
Bu mövsüm 2-ci Bundesliqada çıxış edən “Şalke” 7 oyunda cəmi 7 xal yığıb və 16-cı pillədə qərarlaşıb.