Saliba rekord məbləğ qarşılığında İspaniya nəhənginə keçmək üzrədir

Saliba rekord məbləğ qarşılığında İspaniya nəhənginə keçmək üzrədir

"Arsenal"ın müdafiəçisi Vilyam Saliba karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.

Xəbərə görə, onun xidmətində "Real Madrid" maraqlıdır. Mənbə "Kral klubu"nun bu keçid üçün "topçular"a futbol tarixində bir müdafiəçi üçün verilmiş ən yüksək məbləği ödəməyə hazır olduğunu vurğulayıb. "Real"ın Salibaya yaxın şəxslər vasitəsi ilə onun fikrini də öyrəndiyi, oyunçunun Madrid klubuna qoşulmaq variantına isti yanaşdığı bildirilib.

Qeyd edək ki, Salibanın "Arsenal" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2019-cu ildən indiki komandasında çıxış edir. "Transfermarkt" portalı arxa xətt oyunçusunun transfer qoiymətini 80 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər