Namik Ələsgərovun yeni anlaşdığı "Bursaspor"un baş məşqçi axtarışları davam edir.
Fanat.Az xəbər verir ki, vakant posta adı ən çox hallanan Ərtoğrul Sağlam azarkeşlərin ümidini üzüb. Təcrübəli mütəxəssis açıqlama verərək, "Bursaspor"da yox, Superliqa klubunda çalışmaq hədəfini dilə gətirib: “Gün ərzində çox sayda telefon və mesaj ilə gözəl diləklərini çatdıran "Bursaspor" tərəfdarlarına ilgisinə görə təşəkkür edirəm. Bu komanda qəlbimdə hər zaman çox özəl bir yerdədir.
Bununla yanaşı, baş məşqçi mövzusunda mənə hər hansı təklif gəlmədiyi kimi, gələcəyi halda da qərarım bəllidir. Karyerama Süperliqada davam edəcəyəm.
"Bursaspor"a çempionluq mübarizəsində xoş diləklərimi çatdırıram və uğurlar arzulayıram”.
Qeyd edək ki, Sağlam "Bursaspor"a 2009/10 mövsümündə ilk ve hələki tək Süperliqa çempionluğunu yaşadıb. Mirağa