Salahı istəyən daha bir klub açıqlandı

Salahı istəyən daha bir klub açıqlandı

"Liverpul"dan yeni müqavilə təklifi almayan misirli cinah hücümçu Məhəmməd Salahı heyətinə qatmaq istəyən daha bir klub bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Xəbərə görə, MLS təmsilçisi "İnter Mayami" cəlbedici təklif qarşılığında 32 yaşlı ulduzu rənglərinə bağlamağı hədəfləyib.

Salahın "Liverpul" ilə müqaviləsinin müddəti bu yay başa çatacaq. Daha öncə Səudiyyə Ərəbistanı klublarının və PSJ-nin Məhəmmədə ciddi maraq göstərdikləri barədə məlumatlar dərc edilib.

"İnter Mayami"də Lionel Messi, Jordi Alba, Serxio Buskets və Luis Suares kimi ulduzlar çıxış edir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər