Salah Səudiyyə Ərəbistanı klubları ilə danışıq apardığını etiraf etdi

Salah Səudiyyə Ərəbistanı klubları ilə danışıq apardığını etiraf etdi

"Liverpul"un misirli vingeri Məhəmməd Salah mersisaydlılarla müqavilə yeniləməmişdən öncə Səudiyyə Ərəbistanı klubları ilə danışıq apardığını etiraf edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "RMC Sport" belə çatdırıb:

"Hə, Səudiyyə Ərəbistanına yollanmaq üçün yaxşı variantlarım var idi. Düşnürdüm ki, "Liverpul"la müqavilə yeniləməsəm, Səudiyyə Ərəbistanı klubuna üz tutacam. Onlarla danışmışdıq. "Real" və "Barselona"? Yox, bu klublarla ünsiyyət qurmamışam".

Xatırladaq ki, Salah 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının (İPL) bombardiri olub. O, 38 çempionat matçında 29 qola imza atıb. Mo eyni zamanda, cari mövsüm İPL-də ən çox assist edən (18) oyunçu ünvanına da sahib çıxıb.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər