"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqası (İPL) tarixində ən çox qol vuran futbolçular siyahısında 8-ci yerə yüksəlib.
Fanat.Az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, misirli futbolçu buna IX turda "Arsenal"a qarşı keçirdikləri səfər matçında (2:2) komandasının qollarından birinə imza atmaqla nail olub.
Matçın 81-ci dəqiqəsində İPL-də 163-cü qolunu vuran Salah hazırda Robbi Faulerlə eyni - 8-ci pillədə qərarlaşıb.
Siyahıya "Nyukasl"ın sabiq hücumçusu Alan Şirer (260) başçılıq edir. Hazırda "Bayern Münhen"in formasını geyinən Harri Keyn (213) ikincidir. İlk "3-lüy"ü "Mançester Yunayted"in keçmiş ulduzu Ueyn Runi (208) qapayır.