"Liverpul"un vingeri Məhəmməd Salah PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi ilə görüşüb.
Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.
Onlar yanvarın ilk günlərində Londonun lüks restoranlarından olan "Ritz"də nahar ediblər. Görüşün "Liverpul"un İPL-də "Brentford"a 1:3 hesabı ilə uduzduğu matçdan sonra baş tutduğu iddia edilir.
Xəbərə görə, onları bir araya gəlməsinin səbəbi isə PSJ-nin sahibi olan "Qatar Sports Investments" şirkətinin "Liverpul"a sponsor olmaq istəyidir. Noyabr ayında "mersisayd" təmsilçisinin amerikan sahibləri klubu satacaqlarını bəyan etdikdən sonra ərəblər "Liverpul"a elçi düşüb.
Ancaq mənbə onu da qeyd edir ki, Salahın Əl-Xəlaifi ilə görüşü təsadüfi də ola bilər. Belə ki, PSJ rəhbəri tez-tez Londona səfər edir. Bundan əlavə, Əl-Xəlaifinin Salahı PSJ-yə aparmaq niyyəti də görüşə səbəblər arasında yer alıb.
Qeyd edək ki, ötən il misirli futbolçu "Liverpul"la müddəti 2025-ci ilə qədər davam edən müqavilə bağlayıb.
Röya