Şakira Pikenin maaş qərarına münasibət bildirdi

Şakira Pikenin maaş qərarına münasibət bildirdi

Tanınmış Kolumbiyalı müğənni Şakira həyat yoldaşı, "Barselona" klubunun kapitanı Pikenin maaşının azalmasına öz münasibətini bildirib.

Fanat.Az xəbər verir ki, dünya şöhrətli müğənni bu barədə öz "İnstagram" səhifəsində paylaşım edib:

"Səninlə fəxr edirəm. Sənin klubun da bizim kimi, ailəndir. Klubun bu ağır dönəmində sənə güvənə biləcəyi üçün səninlə qürur duyuram".

Şakira Pikenin maaş qərarına münasibət bildirdi

Xatırladaq ki, Memfis Depay (Memphis Depay) və Erik Qarsiyanın (Erik Garcia) La Liqada çıxış edə bilməsi üçün 34 yaşlı futbolçu maaşının azalmasına razılıq verib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər