Saka Tyerri Anrini geridə qoydu

Saka Tyerri Anrini geridə qoydu

İngiltərə Premyer Liqasının (İPL) 9-cu turu çərçivəsində dünən keçirilən matçda öz meydanında "Liverpul"la heç-heçə edən (2:2) "Arsenal"ın vingeri Bukayo Saka formasını geyindiyi klubun tarixinə düşüb.

Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, o, matçın 9-cu dəqiqəsində hesabı açaraq İPL-də 50-ci qolunu vurub.

Saka 50 qol həddinə 23 yaş 52 günlüyündə çatıb və "topçular"ın əfsanəvi hücumçusu Tyerri Anrini geridə qoyub. Anri İPL-də 50-ci qolunu 24 yaş 128 günlüyündə vurub. Maraqlıdır ki, Sakaya çempionatda 50 dəfə rəqib qapısına yol tapmaq üçün 178, Anriyə 83 oyun lazım olub.

Ümumilikdə "Arsenal" tarixində İPL-də 50 qol vuran 11 futbolçu var. Pyer-Emerik Obameyanq bu göstəriciyə hamıdan tez çatıb - 79 oyun. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər