Saka bunu bacaran ilk ingilis olacaq - Rekorda az qaldı

Saka bunu bacaran ilk ingilis olacaq - Rekorda az qaldı

Bukayo Saka İngiltərə Premyer Liqası matçlarında qol seriyasını uzadıb.  Fanat.Az xəbər verir ki, 22 yaşlı oyunçu çempionatın 26-cı turunda "Nyukasl"a qol vurub.  "Opta"-nın hesablamasına görə, Saka son 30 ildə Premyer Liqa matçlarında ardıcıl 5 oyunda qol vuran ilk "Arsenal"lı ingilis olub.  1994-cü ildə bunu Yan Rayt bacarıb - onun seriyası ardıcıl 7 oyuna çatıb.  "Nyukasl"la görüşdən əvvəl Saka "Börnli" və "Vest Hem"lə matçlarda dubl edib, həmçinin "Liverpul" və "Nottingem Forest"i hərəyə bir dəfə üzüb.  "Arsenal" Premyer Liqanın növbəti oyununda "Şeffild Yunayted"lə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər