Şahruddindən təşəkkür: “Biz birlikdə daha güclüyük”

Şahruddindən təşəkkür: “Biz birlikdə daha güclüyük”

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü azarkeşlərə təşəkkür edib və mövsümün ikinci hissəsinin də maraqlı keçəcəyini bildirib:

“2022/23 mövsümünün yarısına çatdıq. İrəlidə bizi maraqlı ikinci hissə gözləyir. Hər bir azarkeşə böyük minnətdarlıq bildirmək istərdim. Sizinlə birlikdə biz daha da güclüyük”.

“Qarabağ” qış fasiləsinə 50 xalla lider olaraq yollanıb. Ağdam təmsilçisi ən yaxın izləyicisi “Sabah”ı 7 xal qabaqlayır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər