"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Çexiyada "Viktoriya" (Plzen) komandası ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra paylaşım edib.
Fanat.Az xəbər verir ki, "köhlən atlar"ın buraxdığı birinci qolda irəli çıxaraq səhvə yol verən 28 yaşlı qolkiper ona dəstək olanlara "Instagram" hesabından belə təşəkkür edib:
"Hamınıza təşəkkür edirəm, hamınızı çox sevirəm".

Qeyd edək ki, "Qarabağ" "Viktoriya"ya 1:2 hesabı ilə uduzaraq ÇL-də çıxışını dayandırıb. Ağdam klubu Avropa Liqasının qrup mərhələsində mübarizəni davam etdirəcək.