Şahin Diniyevin planı belə pozuldu

Şahin Diniyevin planı belə pozuldu

Sentyabrın 16-da Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Kəpəz"in qonağı olacaq "Səbail" Gəncə təmsilçisi ilə matça təbii örtüklü meydanda hazırlaşır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "dənizçilər" təbii qazonlu məkanı asanlıqla tapa bilməyib.

Hətta buna görə baş məşqçi Şahin Diniyevin sentyabrın 12-dən təbii örtükdə məşq etmək planı da pozulub. Belə ki, Bakı təmsilçisinin "Dalğa Arena"da çalışmaq istəyinə stadion bərpaya bağlandığı üçün "yox" deyiblər. "Neftçi Arena" variantı da qazon yükləndiyindən alınmayıb. "Tofiq Bəhramov" "Qarabağ"ın ixtiyarındadırsa, digər təbii stadionlar da müxtəlif səbəblərdən boş olmayıb. Nəticədə Diniyevin təbii örtükdə çalışmaq arzusu bir gün ertələnib. Bakı klubu son anda "Qarabağ" rəhbərliyi ilə razılığa gəlib və "dənizçilər" dünəndən "Azersun Arena"da məşqə başlayıb. Bu gün də eyni məkanda tər tökəcək kollektiv sabah artıq Gəncədə olacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər