Şahin Diniyevin oğlu hansı türk klubuna keçə bilər?

Şahin Diniyevin oğlu hansı türk klubuna keçə bilər?
Hələ çempionatın gedişində Kərim Diniyevin xidmətində Türkiyə klublarının maraqlı olduğunu xəbər vermişdik. Bu məqsədlə Azərbaycanda olmuş türkiyəli menecerlər Kərimin “Sumqayıt”dakı oyununu izləmişdilər.
“Sumqayıt”dan ayrıldıqdan sonra “Neftçi”nin düşərgəsinə qayıdan, hazırda isə U-21 yığmasının heyətində Antalyada təlim-məşq toplanışında olan Kərimin Türkiyə klubuna keçməsi reallığa çox yaxındı. Onunla bir neçə Türkiyə klubu yaxından maraqlanır.
Gənc mərkəz müdafiəçisini heyətə qatmağa ən yaxın olan klub isə birinci divizion təmsilçisi “Karşıyaka”dı. İzmir klubunun məşqçiləri Kərimin iştirakı ilə keçirilən yoldaşlıq oyunlarını izləyiblər və fikrləri müsbətdi.
Qeyd edək ki, Şahin Diniyevin oğlu ilə maraqlanan kluba Yusuf Şimşək rəhbərlik edir.
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər