Şahin Diniyevin işsiz günləri rəsmən bitdi

Şahin Diniyevin işsiz günləri rəsmən bitdi

"Rəvan" baş məşqçi məsələsini həll edib. Fanat.az xəbər verir ki, Şahin Diniyev Bakı klubunun baş məşqçisi təyin olunub.

Təcrübəli çalışdırıcı ilə 2,5 illik müqavilə imzalanıb. Başqa sözlə, Diniyev 2015/16 mövsümünün sonuna qədər "Rəvan"ın baş məşqçisi olacaq. 

Qeyd edək ki, Diniyevin son iş yeri Rusiyanın "Terek" klubu olub. O, Qroznı təmsilçisindən ayrıldıqdan sonra - 2009-cu ildən işsiz qalıb. 2005-2007-ci illərdə milli komandamızı çalışdırmış 47 yaşlı mütəxəssis əvvəllər "Qarabağ" və "Kəpəz"ə başçılıq edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər